Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:47 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər
İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 13.07.2018

İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İranın dövlət başçılarının yüksək səviyyəli səfərlərinın, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat, səhiyyə, sənaye, energetika, kənd təsərrüfatı, turizm, gömrük və s. sahələrdə uğurla əməkdaşlıq edirlər.

Ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, yaradılmış infrastruktur və əlverişli imkanlar barədə məlumat verən iqtisadiyyat naziri bildirib ki, Pirallahı Sənaye Parkında İranla birgə "Caspian Pharmed" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Bununla belə, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Azərbaycanın İranla digər sahələrlə yanaşı, səhiyyə sahəsində də əməkdaşlığa önəm verdiyini vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında memorandum imzalanıb.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşemi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, İranda səhiyyənin, tibbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qazanılmış uğurlar barədə məlumat verib. Seyid Həsən Qazizadə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələrin yaradılmasının önəmini qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM