Alternative content

15:12 21 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
01:09 21.04.2019 Qaz hasilatı artdıqca...
00:56 21.04.2019 Üçlüyün şah əsəri
00:49 21.04.2019 Şekspir müəmması
00:48 21.04.2019 “Yuxuların yuxusu”
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhiyyə sahəsində Azərbaycan-İran əməkdaşlığının daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib
Səhiyyə sahəsində Azərbaycan-İran əməkdaşlığının daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / Səhiyyə
01:07 13.07.2018

 

İyulun 12-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Seyed Həsən Qazizadə Haşiminin başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi, həmçinin Azərbaycanda əczaçılıq sənayesi sahəsinin inkişaf etdirilməsi üçün İranın təcrübəsindən istifadə məsələləri müzakirə edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, dost və qardaş İran ilə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq durmadan inkişaf edir. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi sayəsində indi Azərbaycan-İran əlaqələri yüksək dərəcədə inkişaf edib. Nazir xatırladıb ki, 2016-cı ilin fevral ayında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq barədə Qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb. 2014-cü ilin aprel ayında Azərbaycanın və İranın tibb universitetləri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandum imzalanıb. Həmin memoranduma uyğun olaraq iki ölkənin tibb universitetləri birgə treninqlər keçirir, tələbə və müəllim mübadiləsi, yoluxucu xəstəliklərin müalicəsi sahəsində tədqiqatlar aparırlar.

O.Şirəliyev əczaçılıq sahəsində İranın təcrübəsini öyrənməyin vacibliyini də qeyd edib. Vurğulanıb ki, Bakıda əczaçılıq zavodunun təməlinin qoyulması Azərbaycan ilə İranın uğurlu əməkdaşlığına əyani sübutdur. Həmin zavod Azərbaycanda əczaçılıq sənayesinin inkişafında mühüm rol oynayacaq, yerli istehsal hesabına əhalinin keyfiyyətli dərman məhsulları ilə təmin olunmasına şərait yaradacaq, bu sahədə idxaldan asılılığı azaldacaq, ixrac potensialını artıracaq.

İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Seyed Həsən Qazizadə Haşimi görüşdən məmnun olduğunu bildirərək onun ölkəsində səhiyyənin və tibbi təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, bu sahədə toplanmış təcrübə və qazanılmış uğurlar barədə məlumat verib, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, İranda əczaçılıq sahəsi bu ölkənin dünya bazarlarında iştirak etməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. İranlı nazir qeyd edib ki, Azərbaycanın əczaçılıq sahəsində idxaldan asılılıqdan xilas olması üçün hər cür imkanı vardır və müştərək müəssisələr yaradılması Azərbaycanda dərman preparatlarının daxili istehsalını tənzimləmək üçün əla fürsətdir.

 



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM