Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İngilislər rəqibə hörmət etmirlər”
“İngilislər rəqibə hörmət etmirlər”
ANA SƏHİFƏ / İDMAN
01:07 13.07.2018

 

“İngilis jurnalistlər və ekspertlər matçdan əvvəl çox danışdılar. Onlar Xorvatiyanı qiymətləndirmədilər və böyük səhv etdilər. Deyilənlərə “oldu, baxarıq, bu gün kim yorulacaq” - deyə reaksiya verdik . İngilislər özlərini təvazökar aparmalı və rəqibə hörmət etməli idilər”. Bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, həm fiziki, həm də psixoloji cəhətdən dözümlü olduqlarını bildirib: “Finala yüksəlmək bizim üçün möhtəşəm uğurdur. Uzun müddətdən sonra xəyalımız gerçəkləşdi. Bu, Xorvatiya tarixinin ən böyük uğurudur.  Bununla qürur duymalıyıq”.

32 yaşlı yarımmüdafiəçi “Qızıl top”u qazanmaq şansı barədə danışmaqdan  imtina edib: “Qızıl top” barədə heç nə deyə bilmərəm. Hazırda final oyununu düşünürük. Fransa ən güclü rəqiblərdən biridir. Ümid edirəm ki, onların qarşısında yetərli gücə sahib olacağıq”.