Alternative content

05:34 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Neftçi”dən əzmkar qələbə
“Neftçi”dən əzmkar qələbə
ANA SƏHİFƏ / İDMAN
11:07 12.07.2018


“Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təəmsilçisi Bakıda Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb.

Saat 21:00-da başlayan qarşılaşma yeni baş məşqçisi Roberto Bordinin “Neftçi”də ilk rəsmi oyunu idi. Görüşdə hesabı qonaqlar açsa da, "Neftçi" üstünlüyü ələ alaraq 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.


12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1
Qollar: Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)
Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Bakı. “Dalğa Arena”