Alternative content

22:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
ANA SƏHİFƏ / Səfərlər
05:07 12.07.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə edildi. Həmçinin ATƏT-in həmsədr ölkələrinin nazirlərinin iyulun 11-də keçirilən görüşü barədə məlumat verildi və ətraflı fikir mübadiləsi aparıldı.