12 Iyul 2018 02:07
418
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının aşağıdakı qəsəbə və kəndlərinin adları dəyişdirilsin:

1.  Ağsu rayonu üzrə:

Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılsın və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilsin.

2.  Astara rayonu üzrə:

Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışovka kəndi Qamışoba kəndi adlandırılsın.

3.  Goranboy rayonu üzrə:

3.1. Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılsın və Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilsin;

3.2. Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılsın və Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilsin.

4.  Göygöl rayonu üzrə:

4.1. Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılsın;

4.2. Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılsın.

5.  Xaçmaz rayonu üzrə:

5.1. Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılsın və Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilsin;

5.2. Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılsın və Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilsin;

5.3. Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılsın.

  6. Xızı rayonu üzrə:

6.1.      Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılsın;

6.2.      Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılsın və Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

7.  Qazax rayonu üzrə:

Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılsın.

8.  Quba rayonu üzrə:

Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi adlandırılsın.

9.  Qusar rayonu üzrə:

Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılsın və Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilsin.

10.  Masallı rayonu üzrə:

Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılsın və Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilsin.

11.  Oğuz rayonu üzrə:

11.1. Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılsın;

11.2. Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılsın.

12.  Saatlı rayonu üzrə:

12.1. Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılsın və Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilsin;

12.2. Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi adlandırılsın və Qarayevkənd kənd inzibati ərazi dairəsi Orta Muğan kənd inzibati ərazi dairəsi hesab edilsin.

13.  Samux rayonu üzrə:

13.1.    Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılsın;

13.2. Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılsın və Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilsin;

13.3.    Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılsın.

14.  Şəmkir rayonu üzrə:

14.1. Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi adlandırılsın və Qasım İsmayılov kənd inzibati ərazi dairəsi Ağlavaşlı kənd inzibati ərazi dairəsi hesab edilsin;

14.2. Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi adlandırılsın və Muxtariyyat kənd inzibati ərazi dairəsi Qədimqala kənd inzibati ərazi dairəsi hesab edilsin.

15.  Yevlax rayonu üzrə:

Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video