12 Iyul 2018 02:07
408
Qanunlar
A- A+

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 9, maddə 564; 2001, N 5, maddə 298, N 11, maddələr 676, 698; 2002, N 1, maddə 9, N 8, maddə 463; 2003, N 8, maddə 424; 2004, N 2, maddə 57, N 11, maddə 901; 2005, N 4, maddə 277, N 10, maddə 874, N 11, maddə 993; 2006, N 12, maddə 1027; 2007, N 6, maddə 560, N 11, maddələr 1053, 1091; 2008, N 2, maddə 49, N 6, maddələr 453, 463, N 7, maddə 602; 2009, N 2, maddə 47, N 4, maddə 210, N 12, maddə 948; 2010, N 7, maddə 598; 2011, N 2, maddə 71, N 4, maddə 255, N 6, maddə 469, N 12, maddə 1097; 2012, N 5, maddə 402, N 7, maddə 671; 2013, N 4, maddələr 362, 363, N 7, maddə 795, N 11, maddələr 1295, 1298; 2014, N 4, maddələr 343, 346, N 5, maddə 467, N 11, maddə 1352; 2015, N 1, maddə 2, N 2, maddələr 76, 79, 105, N 5, maddə 502, N 6, maddə 686, N 11, maddələr 1256, 1276; 2016, N 11, maddələr 1758, 1795; 2017, N 2, maddələr 138, 150; N 5, maddə 727, N 8, maddə 1507, N 10, maddə 1774,  N 12, I kitab, maddə 2215; 2018, N 2, maddələr 143, 157, N4, 645) aşağıdakı dəyişikliklər edilsin:

1.  6-cı maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində, 7-ci maddənin II hissəsinin  2-ci bəndində,  9-cu maddənin  IV hissəsində, 11-ci maddənin V hissəsinin 8-ci bəndində, 18-ci maddənin II hissəsində, 24-cü maddənin III hissəsində ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanları” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2.  23-cü maddə üzrə:

2.1.      II hissənin birinci cümləsində  (hər üç halda) ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

2.2.      maddəyə aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

“Qeyd: Bu qanunun 23-cü maddəsinin II hissəsində  “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.”.

3.  53-cü maddə üzrə:

3.1.      I hissədə “müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur” sözləri ilə əvəz edilsin;

3.2.      II  hissədə, VII hissənin  birinci və üçüncü (birinci halda) cümlələrində, XIV hissənin 3-cü bəndində, XIX hissənin ikinci və üçüncü cümlələrində və XXV hissədə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında  “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

3.3.      XIII hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə  əvəz edilsin.

4.  59-cu maddə üzrə:

4.1.      XI  hissədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə, “onların ərazisində” sözləri “müvafiq ərazidə” sözləri ilə əvəz edilsin.

4.2.      XII hissədə  “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

5.  61-ci maddə üzrə:

5.1.      X hissədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə,  “onların ərazisində” sözləri “müvafiq ərazidə” sözləri ilə əvəz edilsin.

5.2.      XI hissədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

6.  69-cu maddənin II hissəsində “tətbiq olunur” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında” sözləri əlavə edilsin.

7.  71-ci maddənin II hissəsində   “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

8.  85-ci maddənin 10-cu bəndinin “Qeyd” hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video