Alternative content

19:54 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
ANA SƏHİFƏ / Səfərlər
05:07 11.07.2018

İyulun 11-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirdi.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.

Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulandı.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edildi.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.