Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
04:07 11.07.2018

İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verdikdən sonra Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirəyə çıxarılıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, gələn il Azərbaycan xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual inkişafında müstəsna rola malik, şərəfli inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 100 yaşı tamam olacaq. Prezident İlham Əliyevin bu təhsil müəssisəsinin yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladan akademik vurğulayıb ki, Rəyasət Heyəti bu sənədə uyğun olaraq, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edib. R.Əliquliyev yubileylə əlaqədar tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib, akademiyanın elmi bölmə və müəssisələrinə müvafiq tapşırıqlar verib.

İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətinə təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.