Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:56 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 20 İLLİK HƏSRƏTƏ SON
20 İLLİK HƏSRƏTƏ SON
ANA SƏHİFƏ / İDMAN
02:07 11.07.2018

 

Fransa - Belçika - 1:0

Qol: Umtiti, 51

Sarı vərəqələr: Eden Azar, 63, Tobi Alderveyreld, 71, Nqolo Kante, 86

Sankt-Peterburq, “Sankt-Peterburq” stadionu

 

Dünən keçirilən Fransa-Belçika matçından sonra mundialın ilk finalçısının adına aydınlıq gəldi. Bu, Fransa millisi oldu. Qarşılaşmanın  təhlilinə keçməzdən öncə xatırladaq ki, 21 mundialdan 15-də çıxış edən Fransa futbolçuları 6-cı dəfədir yarımfinala yüksəlirdilər. Bu görüşə kimi  finala çıxmaq cəhdlərindən yalnız ikisi uğurla nəticələnmişdi ki, onlardan da birində - 1998-ci ildə doğma divarlar arasında çempionluq hədəfinə çatmaq mümkün olub.

Dünya çempionatlarında 13-cü dəfə çıxış edən belçikalılar isə tarixlərində ikinci dəfə yarımfinal həyəcanı yaşayırdılar. 1986-cı ildə finala çıxmaq uğrunda Argentina komandası ilə mübarizə aparan və 0:2 hesabı ilə uduzan Belçika yığması 3-cü yer üçün görüşdə hesabı açmasına baxmayaraq, əlavə vaxtda məhz fransızlara məğlub olmuşdu- 2:4.

Eyni zamanda məşhur fransalı veteran futbolçu Tyerri Anrinin hazırda Belçika komandasının köməkçi məşqçilərindən biri olması ən maraqlı məqamlardan biri idi. Son 10 ildə üç dəfə qarşılaşan rəqiblərin 2011-ci və 2013-cü illərdəki yoldaşlıq görüşləri qolsuz bərabərliklə başa çatmışdı.

Uruqvaylı referi Andres Kunyanın idarə etdiyi görüşə fransızlar daha istəkli başladılar. Bundan əvvəlki qarşılaşmalardakı Belçika millisindən isə sanki əsər-əlamət yox idi. Görünür, taktiki düzülüşdə edilən dəyişiklik və 5-li müdafiə sistemi komandanın hücum gücünə mənfi təsir göstərmişdi. Necə deyərlər, sanki komandada balans pozulmuşdu. Əvvəlki qarşılaşmalarda nümayiş etdirdikləri oyunla diqqət çəkən Eden Azar,  Kevin De Bruyne kimi futbolçular nə edəcəklərini bilmirdilər.

Yəqin ki, Belçika yığmasının baş məşqçisi Roberto Martines 5-li müdafiə sistemini tətbiq etməklə fransızların cinahlardan qurulan hücumlarına mane olmağı, əsasən də Mbappenin sürətli keçidlərinin qarşısını almağı düşünürdü. Ancaq olmadı. Yarımmüdafiə xəttini daha rahat şəkildə keçən Fransa millisi topa çox sahib olmaqla Belçikanı yordu. Nəticədə tətbiq edilən pressinq belçikalıların topu itirmələrinə və oyun qurmalarına mane olurdu. Fransızların bütün cəhdlərinə baxmayaraq, ilk hissədə qol vurulmadı.

Fasilədən sonra da belçikalılar eyni oyun anlayışı ilə meydana çıxmışdı. Bundan əvvəlki görüşlərdəki komanda ilə indiki arasında çox böyük fərqlər var idi. Fransızlardan Antuan Qrizmann, Olivye Jiru kimi futbolçuların təhlükəli epizodları qolun gəlməyindən xəbər verirdi. Nəticədə, 51-ci dəqiqədə künc zərbəsindən sonra ötürülən topu Samuel Umtiti baş zərbəsi ilə qapıdan keçirdi.

Hesabda üstünlüyü ələ keçirdikdən sonra Fransa millisi daha çox ötürmələr etməklə topa sahib olmağa çalışdı. Belçikanın məşçqilər korpusunun qoldan sonra etdikləri dəyişikliklər heç bir fayda vermədi. Qatar artıq getmişdi. Keçmiş olsun, Belçika!

Beləliklə, 1:0 hesabı ilə qalib gələn Fransa adını finala yazdıraraq iyulun 15-dəki rəqibini gözləyir. Rəqibi isə bu gün keçiriləcək Xorvatiya-İngiltərə matçından sonra məlum olacaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM