Alternative content

07:02 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Tarixi şansı qaçırmayacağıq”
“Tarixi şansı qaçırmayacağıq”
ANA SƏHİFƏ / İDMAN
01:07 10.07.2018

 

“Bu, inanılmaz uğurdur. Biz yarımfinaldayıq”. Qol.az-ın xəbərinə görə, bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç Rusiyaya DÇ-2018-in 1/4 finalında qalib gəldikləri oyundan sonra jurnalistlərə bildirib: “Xorvatiya bununla kifayətlənməməli və finala çıxmalıdır. İndi inanılmaz emosiyalar yaşayıram. Ölkəmizdə insanların necə sevindiyini təsəvvürümə gətirirəm. Ümumən yarışda yaxşı çıxış edirik və bura qədər gəlməyə layiq idik. Rusiya bizimlə matçda, İspaniya ilə görüşdəkindən fərqli olaraq, daha yaxşı idi və sona qədər mübarizə apardı. Biz finala çıxmaq üçün tarixi şansı əldən verə bilmərik. Bununla belə, rəqibimiz olan ingilislərə hörmətlə yanaşırıq”.

Xatırladaq ki, DÇ-2018-in yarımfinalında Xorvatiya ilə İngiltərə arasında qarşılaşma sabah keçiriləcək.