Alternative content

07:05 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gün ərzində çox oturmaq ölüm riskini artırır
Gün ərzində çox oturmaq ölüm riskini artırır
ANA SƏHİFƏ / Səhiyyə
07:07 09.07.2018

Amerikanın Xərçəng Cəmiyyətinin araşdırmasına görə, idmanla məşğul olunsa belə, çox oturmaq 13 xəstəlikdən ölüm riskini artırır.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 6 saat və ondan çox oturanların erkən ölüm riski üç saatdan az oturanlara nisbətən 19 faiz daha yüksəkdir.

Araşdırma nəticəsində çox oturmağın xərçəng, ürək xəstəlikləri, insult, diabet, xroniki obstruktiv ağciyər xəstəliyi, ağciyər və qaraciyər xəstəlikləri, mədə xorası və digər həzm sistemi xəstəlikləri, Parkinson, Alzeymer, mərkəzi sinir sistemi və əzələ-skelet sistemi xəstəlikləri səbəbindən ölüm riski ilə əlaqəli olduğu və hətta intihar ehtimalını artırdığı müəyyənləşib.

Tədqiqat zamanı 128 min qadın və kişinin sağlamlıq haqqında məlumatlarına baxış keçirilib. Xroniki xəstəlikləri olmayan bu insanların təxminən 49 mini araşdırma aparılan 21 il ərzində vəfat edib.

Mütəxəssislər çox oturmağın xərçəngdən ölüm riskini 10 faiz artırdığını, əzələ-skelet sistemi xəstəliklərindən isə ölüm təhlükəsini 60 faizə yüksəltdiyini deyiblər. Az oturmağın faydalı olduğunu qeyd edən tədqiqatçılar bir saat oturduqdan sonra iki dəqiqə ayaq üstə dayanmağın və ya yüngül hərəkətlər etməyin qanda xolestrol, səviyyəsinə, şəkər və təzyiqə təsir etdiyini diqqətə çatdırıblar.