Alternative content

21:23 22 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Məğlubiyyət ağrılıdır, əzab verir”
“Məğlubiyyət ağrılıdır, əzab verir”
ANA SƏHİFƏ / İDMAN
02:07 08.07.2018

 

“Əvvəlki rəqiblərimizə qarşı oynadığımız kimi oynamadıq. Komanda şəklində məğlubiyyəti hiss edirik. Geri dönüş etmək üçün çox şey etdik, amma ikinci qolu  buraxdıq. Etdiyimiz əvəzetmələrin köməyi olmadı”. Bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares DÇ-2018-in 1/4 finalında Fransaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Oyunda gedişatı dəyişmək üçün bütün mümkün səyləri göstərdik, amma rəqib daha yaxşı oynadı. Bunu etiraf edirəm”, - deyə o bildirib.

O.Tabares Amerika kubokuna hazırlaşacaqlarını vurğulayıb: “Daha da irəliləməliyik. Gələcəyimiz barədə düşünəcəyik. Futbol elitasının bir çox ölkəsi  Rusiyanı bizdən əvvəl tərk etdi. Məğlubiyyət ağrılıdır və əzab verir. Amma onu aradan qaldırmalıyıq”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM