Alternative content

02:53 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kapitandan fədakarlıq
Kapitandan fədakarlıq
ANA SƏHİFƏ / İDMAN
02:07 08.07.2018

 

Futbol üzrə İsveç yığmasının kapitanı Andreas Qrankvist göstərdiyi fədakarlıqla diqqət mərkəzinə düşüb. 33 yaşlı futbolçu Rusiyada təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə ilə oyun öncəsi övladının dünyaya gəldiyinə dair xəbər alsa da, komandasının düşərgəsini tərk etməyib. Andreas həyat yoldaşı Sofiya Qrankvistin uşaq dünyaya gətirəcəyini bilə-bilə millinin düşərgəsində qalmağa qərar verib. Şad xəbəri Sofiya sosial şəbəkə hesabından yayıb. O, Mika adlı uşaqlarının olduğunu açıqlayıb. Bir neçə saat sonra futbolçu özü də övladlarının sağlam şəkildə dünyaya gəlməsinin sevincini hər kəslə paylaşıb.