Alternative content

15:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qələbəyə layiq idik”
“Qələbəyə layiq idik”
ANA SƏHİFƏ / İDMAN
02:07 08.07.2018

 

“Biz daha yaxşı oynadıq. Uruqvay ən yaxşı müdafiə olunan komandalardan biridir. Buna baxmayaraq, iki qol vurduq. Qələbəyə layiq idik. Gənc heyətə sahibik. Bir çox futbolçuda sarı vərəqə var idi. Amma xoşbəxtlikdən oyunçularımın heç biri cəzalı duruma düşmədi”. Bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in 1/4 finalında Uruqvaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasının hücumçusu Olivye Jirunun hələ də qol vurmadığına belə münasibət bildirib: “Düzdür, o, hələ də fərqlənə bilməyib. Ancaq Jiru həmişə komandada böyük rol oynayır. Komanda yoldaşlarına kömək edən oyunçular bizə lazımdır. Bəlkə də onun parlaq oyun tərzi yoxdur, amma komandaya çox faydalıdır”.