Alternative content

19:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MARADONA üzr istədi
MARADONA üzr istədi
ANA SƏHİFƏ / İDMAN
02:07 08.07.2018

 

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona DÇ-2018-in hakimləri haqqında işlətdiyi ifadələrə görə üzrxahlıq edib. Veteran hücumçu şəxsi instaqram vasitəsilə FİFA-dan üzr istədiyini yazıb:

“Bu günlərdə hakimlərə bir-iki söz atmışam. Etiraf edirəm ki, onlardan bəziləri düzgün qəbul olunmayıb. FİFA və onun prezidentindən üzr istəyirəm. Bəzən mən hakimlərin qərarı ilə razılaşmaya bilərəm, ancaq onların işinə hörmət edirəm”.

Qeyd edək ki, Maradona 1/8 finalda İngiltərə ilə oyunda görüşün baş hakimi Mark Qeyqerin Kolumbiya millisinin qapısına təyin etdiyi penalti qərarını sərt tənqid edərək onu oğru adlandırıb. FİFA isə onun bu hərəkətini pisləyib.