07 Iyul 2018 03:07
351
Elm və texnika
A- A+

Azərbaycanlı alimin növbəti uğuru

 

Böyük Britaniyanın Kembric və Kent universitetlərinin birgə xəbər bülletenin iyul sayında həmin universitetlərin COMPASS layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın “Müasir azərbaycanlılar və riayət edilməli qaydalar orta əsrlər eposu aynasında ” adlı açıq mühazirəsi dərin və əhatəli kimi dəyərləndirilib. https://research.kent.ac.uk/gcrf-compass/wp-content/uploads/sites/169/2018/07/GCRF-COMPASS-NEWSLETTER-Issue-2.pdf

AZƏRTAC xəbər verir ki, Kembric Universitetinin Orta Asiya və İnkişaf Edən Ölkələr bölümünün dəvəti ilə baş tutan, alimin son illərdə apardığı araşdırmalara əsaslanan mühazirədə toxunulan problemlər Azərbaycan folklorunun şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının mətninə istinadən şərh olunub.

Qeyd edək ki, professor Rəhilə Qeybullayevanın dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan ədəbiyyatı, ümumilikdə mədəniyyəti ilə bağlı oxuduğu mühazirələr daim maraqla qarşılanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video