Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

06:23 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TİLSİM QIRILDI
TİLSİM QIRILDI
ANA SƏHİFƏ / İDMAN
02:07 07.07.2018

 

Uruqvay - Fransa - 0:2

Qollar: Rafael Varan, 40; Antuan Qrizmann, 61

Nijni Novqorod stadionu

 

Dünən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin ilk matçında Uruqvay və Fransa yığmaları üz-üzə gəldilər. Qarşılaşmanın təhlilinə keçməzdən öncə xatırladaq ki, Uruqvay və Fransa yığmalarının  XXI əsrdə keçirdikləri 5 qarşılaşmada cəmi 1 qol vurulub. Həmin oyunlardan 4-ü 0:0 hesabı ilə  başa çatıb. 2013-cü ildə Montevideoda rəqiblərin son yoldaşlıq görüşü Luis Suarezin dəqiq zərbəsi sayəsində uruqvaylıların 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

DÇ-2018-də inamlı müdafiəsi və intizamlı oyunu ilə fərqlənən Uruqvay millisi bu görüşə kimi 4 oyunda qapısından 1 top buraxaraq cəmi 1 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bu mənada, İspaniyanın “Atletiko” klubunun mərkəz müdafiəçiləri Dieqo Qodin və Xose Ximenesin də adlarını qeyd etmək lazımdır.

Onların “Atletiko”dakı oyundaşları fransalı hücumçu Antuan Qrizmannın oyundan əvvəl fikirləri çox maraqlı idi: “Uruqvay “Atletiko” kimi oynayacaq. Onlar vaxtı uzadacaq, yerə yıxılacaq və tez-tez hakimə yaxınlaşacaqlar. Uruqvay bizə öz oyununu qəbul etdirməyə çalışacaq və bu səbəbdən oyunun maraqsız keçəcəyi görünür”.

Uruqvayın vurduğu 3 qolla ən məhsuldar futbolçusu olan Edinson Kavani zədə səbəbindən bu qarşılaşmada forma geymədiyinə görə komanda  bütün diqqətini müdafiəyə yönəltmişdi. 

Kavaninin “PSJ”dəki oyundaşı Kilian Mbappe bu müdafiəni yarmaqda fransızların əsas ümidi idi. 19 yaşlı forvard Peledən (DÇ-1958-də 17 yaşında) sonra dünya çempionatlarında dubl edən ən gənc futbolçu kimi tarixə düşüb.   Argentina ilə oyunda hətta sürətini saatda 39 km-ə yüksəldən və bununla da dünya çempionatlarının ən sürətli futbolçusu olan Mbappeni saxlamaq mümkün olacaqdımı?

Məhz bu sualın cavabına argentinalı referi Nestor Pitananın start fitindən sonra aydınlıq gəldi. Qarşılaşmaya fransızlar sürətli başladılar. Oyunun birinci hissəsinin sonuna yaxın hesabı açıblar. Antuan Qrizmanın cərimə zərbəsindən hava ötürməsini başla dəqiq tamamlayan Rafael Varan adını tabloya yazdırıb - 1:0

Fasilədən sonra Uruqvay yığması hesabı bərabərləşdirmək üçün irəli atılsa da, 61-ci dəqiqədə öz qapılarında ikinci qolu görüblər. Belə ki, Antuan Qrizmanın uzaq məsafədən qüvvətli zərbəsindən sonra qapıçı Muslera kobud səhvə yol verərək üzərinə gələn topu dəf etməkdə çətinlik çəkib və bu oyunda sonuncu qol olub - 2:0.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM