Alternative content

01:22 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DAHA BİR MÖCÜZƏ
DAHA BİR MÖCÜZƏ
ANA SƏHİFƏ / İDMAN
02:07 07.07.2018

 

Braziliya - Belçika - 1:2

Qollar: Renato Auqusto, 76 - Fernandinyo, 13 (avtoqol); Kevin De Bruyne, 31

Kazan. “Kazan Arena”

 

Hücum futbolu oynayan, mundialda rəqib qapılarına ən çox zərbə vuran iki komanda qarşılaşacağından bu matçın maraqlı keçəcəyini təxmin etmək olardı. Üstəlik, Belçika bu qarşılaşmaya kimi 12 qolla yarışın ən məhsuldar komandası idi. 4 dəfə rəqib qapılarına yol tapan Konqo əsilli Romelu Lukaku isə bir dünya çempionatında ən çox qol vuran belçikalı olmaqla bərabər, onlara məşq keçən məşhur Tyerri Anrinin də göstəricilərini geridə qoyub. Ardıcıl ikinci mundialda 1/4 finala çıxan belçikalıların dünya çempionatlarında ən böyük uğuru 1986-cı ildə 4-cü yeri tutmalarıdır. İndi həmin nailiyyəti daha da yaxşılaşdırmaq üçün ilk növbədə Braziliya kimi çətin səddi aşmaq lazım idi.

Braziliya komandası 2002-ci ldə 1/8 finalda Belçika komandasına qalib gələrək (2:0) həmin mundialda çempion tituluna sahib çıxmışdı. Elə indi də çoxu Braziliya - Belçika cütünün qalibinin yekunda dünya çempionu olacağını ehtimal edir.

Serbiyalı baş hakim Milorad Majiçin start fitindən sonra görüşə Braziliya seçməsi daha fəal başladı. Meydançanın mərkəzində tətbiq edilən pressinq Belçika komandasına topa sahib olmaqda çətinlik yaradırdı. Əsasən oyunu Neymarın üzərində qurmağa çalışan Braziliya komandası ilk 10 dəqiqə ərzində rəqibi təzyiq altında saxlaya bildi. 13-cü dəqiqədə künc zərbəsindən sonra Belçika Fernandinyonun öz qapısına vurduğu qolla 1:0 hesabda irəli çıxdı.

Bundan sonra oyunun ssenarisi tam fərqli oldu. Belə ki, qolun şokundan ayıla bilməyən braziliyalılar meydançanın mərkəzində çox boşluqlara yol verdilər. Demək olar ki, itirilən hər top belçikalıların əks hücumları ilə nəticələnirdi. Belə epizodların birində Cənubi Amerika təmsilçisi qapısında növbəti qolu gördü. Kevin De Bruyne dəqiq zərbə ilə hesab arasındakı fərqi 2 topa çatdırdı.

Fasilədən sonra təzyiqi artıran Braziliya komandası Renato Auqustonun qolu sayəsində fərqi minimuma endirdi. Lakin braziliyalıların bundan başqasına gücü çatmadı - 2:1.

Beləliklə, iyulun 10-da keçiriləcək yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM