Alternative content

20:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səmədov qayıtdı
Səmədov qayıtdı
ANA SƏHİFƏ / İDMAN
02:07 07.07.2018

 

Rusiya yığmasının azərbaycanəsilli yarımmüdafiəçisi Aleksandr Səmədov İspaniya yığmasına qarşı 1/8 oyunda aldığı zədəsini tam sağaltmışdır. Hazırda o, komanda ilə birlikdə Xorvatiya yığmasına qarşı oyuna hazırlaşır. Yığmanın daha bir yadımmüdafiəçisi Alan Dzaqoyev isə belindəki problemlərlə bağlı məşqdə iştirak etməmişdir.

Bununla əlaqədar Rusiya yığmasının tvitterdəki rəsmi səhifəsində deyilir: “Aleksandr Səmədov ümumi qrupa qayıdıb. Yuri Jirkov fərdi proqramla məşq etməyə başlayıb. Bundan əlavə, Alan Dzaqoyev məşqi buraxıb. Onun belində ağrılar var”.