Alternative content

10:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya qələbəyə inanır
Rusiya qələbəyə inanır
ANA SƏHİFƏ / İDMAN
02:07 07.07.2018

 

Bu gün Soçinin “Fişt” stadionunda Rusiya yığması futbol üzrə dünya çempionatının 1/4 final matçında Xorvatiya komandası ilə qarşılaşacaq. Oyun ərəfəsində Rusiya sakinləri arasında sorğu keçirilmişdir. Respondentlərə Rusiya-Xorvatiya matçı ilə bağlı bir neçə sualı cavablandırmaq təklif olunmuşdur.

“RİA Novosti” agentliyinin xəbərinə görə, rusiyalıların 56 faizi yığmanın qələbə qazanacağına inanır. 10 faiz hesab edir ki,  heç-heçə olacaq və yarımfinala vəsiqənin taleyi penalti seriyasında həllini tapacaq. 15 faiz üstünlük xorvatlara verilmişdir. 19 faiz isə suala cavab verməkdə çətinlik çəkmişdir.

Sorğu iştirakçılarının 65 faizi matça evdə, qonaqlıqda, yaxud iş yerində baxacaq. Respondentlərin 1,6 faizi oyunu fanzonada, 1 faizi kafe, yaxud barda, 0,4 faizi isə Soçidəki stadionda izləyəcək.