Alternative content

13:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV NİSİNO gedir
NİSİNO gedir
ANA SƏHİFƏ / İDMAN
02:07 07.07.2018

 

Dünya çempionatında Yaponiya yığmasına başçılıq etmiş Akira Nisino istefa vermişdir və iyulun axırlarında öz vəzifəsindən gedəcək. Onun rəhbərliyi ilə yaponlar 1/8 finala vəsiqə qazanmışdır.

Nisinonun istefasını Yaponiya Futbol Assosiasiyasının prezidenti Kodzo Tasima təsdiqləmişdir. “Nisinonun Yaponiya yığmasının məşqçisi qismində fəaliyyət müddəti bu ayın axırlarında bitir. O, bu vəzifədə qalmayacaq” - deyə Tasima bildirmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Xatırladaq ki, Akira Nisino apreldə Yaponiya yığmasına baş məşqçi təyin olunmuşdu. O, həmin vəzifədə bosniyalı mütəxəssis Vahid Xəlilhociçi əvəzləmişdir. Yaponlar Nisinonun rəhbərliyi ilə H qrupunda ikinci yeri tutmuş, lakin 1/8 finalda Belçika millisinə 2:3 hesabı ilə məğlub olmuşlar.