07 Iyul 2018 02:07
392
Mədəniyyət
A- A+

Azərbaycanlı alimin həmmüəllifi olduğu monoqrafiya akademik Mixail Yeqorovun redaktorluğu ilə çapdan çıxıb

 

Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev və Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları L.Oparina və akademik B.Trofimovun həmmüəllifi olduqları “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.Zelinski adına Üzvü Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq Bölməsinin akademik-katibi, akademik Mixail Yeqorovun redaktorluğu ilə çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, monoqrafiyanın rəyçiləri REA-nın Ural bölməsinin Üzvü Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin üzvü kimya kafedrasının müdiri, akademik O.Çupaxin, professorlar N.Qusarova və C.Amosovadır. İ.Əliyevin həmmüəllifi olduğu monoqrafiyada onun 50 il ərzində aromatik tiollar və onun törəmələri sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin bir hissəsi öz əksini tapıb.

Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Bir sıra hallarda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilib. Əsas diqqət sintez üsullara - ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyayagirmə qabiliyyətlərinin tədqiqinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilir. Kitabın əhəmiyyətli hissəsini nəzəri suallar- müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir. Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir.

Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvü sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.

Monoqrafiya kimyaçı sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmokologiya sahəsində çalışan kimyaçılar üçün nəzərdə tutulub. Kitab, həmçinin mühəndis və texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün faydalı ola bilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video