Uruqvay millisinin futbolçusu Edinson Kavani DÇ-2018-in 1/4 finalında Fransa ilə oyunu buraxacaq. “L`Equipe” nəşrinin verdiyi xəbərə görə, 31 yaşlı hücumçu bu matça kimi zədəsini bərpa edə bilməyəcək. Hazırda fərdi qaydada məşq edən E.Kavani komanda ilə hazırlıqlara qoşulmayıb.
Qeyd edək ki, E.Kavani 1/8 finalda Portuqaliyaya qarşı görüşdə (2:1) zədələnib.