Alternative content

05:34 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “O, oğrudur”
“O, oğrudur”
ANA SƏHİFƏ / İDMAN
12:07 06.07.2018

 

Argentina futbolunun canlı əfsanəsi Diyeqo Maradona DÇ-2018-in 1/8 final mərhələsinin İngiltərə - Kolumbiya oyununun baş hakimi Mark Qeyqerin idarəçiliyini tənqid edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, veteran futbolçu amerikalı hakimi oğru adlandırıb: “İlk dəfə İnfantino ilə danışanda düşündüm ki, FİFA-da hər şey dəyişəcək. Ancaq İngiltərə - Kolumbiya oyununda möhtəşəm quldurluq gördüm. Bu hakim beysbolda yaxşı baş çıxardar, amma futboldan heç nə anlamır. O, oğrudur”.

Qeyd edək ki, Mərakeş millisinin üzvü Nordin Amrabat da M.Qeyqeri sərt tənqid etmişdi. O, hakimi Ronaldonun oyunundan təsirlənməkdə və portuqaliyalı ulduzdan forma istəməkdə ittiham etmişdi.