Alternative content

02:19 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neymar 14 dəqiqə yerdə qalıb
Neymar 14 dəqiqə yerdə qalıb
ANA SƏHİFƏ / İDMAN
12:07 06.07.2018

 

Braziliya millisinin hücumçusu Neymar DÇ-2018-də təkcə qolları ilə diqqət mərkəzində deyil. Oyunlar zamanı tez-tez kobudluğa məruz qalan və yıxılan  hücumçu haqqında maraqlı statistika açıqlanıb.

“Dream Team” portalının paylaşdığı xəbərdə Neymarın mundial zamanı düz 14 dəqiqə yerdə qaldığı bildirilib. 23 dəfə rəqib oyunçular tərəfindən kobudluğa məruz qalan oyunçu üst-üstə bu qədər zamanı oyundan kənarda keçirib.

O, ən çox 1/8 finalın Meksika ilə oyununda yerdə qıvrılıb - 5 dəqiqə 30 saniyə. Bu müddətin çox hissəsi isə Migel Layunun aut xətti yaxınlığında Neymarın ayağını tapdalaması zamanı qeydə alınıb.

İsveçrə ilə matçda isə Neymar 3 dəqiqə 40 saniyəni qazonda keçirib.

 

Hazırladı: Elçin CƏFƏROV,

“Azərbaycan”