Alternative content

05:32 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhiyyə Nazirliyində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş olub
Səhiyyə Nazirliyində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş olub
ANA SƏHİFƏ / Səhiyyə
10:07 05.07.2018

İyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Səhiyyə Nazirliyində olub.

AZƏRTAC verir ki, səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdə qonağa Azərbaycanda Prezident İlham Əliyevin səhiyyə sahəsinin inkişafına xüsusi diqqət göstərməsi və bunun məntiqi nəticəsi kimi tibb sahəsinin gündən-günə inkişaf etməsi barədə məlumat verilib. Nazir respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyətinin müasir avadanlıqla təchiz edildiyini bildirib.

“Azərbaycanda infeksion xəstəliklər hazırda yox səviyyəsindədir. Artıq iki ildir ölkəmizdə malyariya xəstəliyinə rast gəlinmir. Göy öskürək və parazit xəstəlikləri demək olar ki, yoxdur. Bu, Azərbaycan səhiyyəsinin uğurudur. Biz həmişə Dünya Səhiyyə Təşkilatının tövsiyələrini dinləyir, qurumun dəstəyini hiss edirik”, - deyə nazir qeyd edib.

Baş direktor Tedros Adhanom Qebreyesus Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edən görüşün onun üçün sevindirici olduğunu vurğulayıb. İcbari tibbi sığorta və onun tətbiqi haqqında danışan direktor Azərbaycanda icra edilən pilot layihələrdən xəbərdar olduğunu söyləyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM