Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:06 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara” yenidən Bakıda...
“Jara” yenidən Bakıda...
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 05.07.2018

 

Bu yay mövsümünün ən hərarətli musiqi festivalına üç həftə qalıb. Artıq üçüncü dəfə Bakının “Sea Breeze” məkanında - Xəzər dənizinin sahilində “Jara” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Azarkeşlərin səbirsizliklə gözlədikləri möhtəşəm festivalın təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar  Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. 26 iyuldan başlayaraq 3 gün davam edəcək konsert proqramında dünya şöhrətli müğənnilər iştirak edəcəklər.

 

MDB üzrə ən yaxşı yay festivalı

 

İndiyədək cəmi iki dəfə keçirilməsinə baxmayaraq, “Jara” musiqisevərlərin böyük rəğbətini qazanan mötəbər tədbirə çevrilib. Bunu festivalların reytinqi də təsdiqləyir.  Rusiyanın TurStat analitik agentliyi MDB ölkələrinin bu ilin yayında açıq səma altında ən yaxşı festivallarının reytinqini təqdim edib.

Reytinqə əsasən, Minskdə (Belarus) “Rok za Bobrov”, Bakıda (Azərbaycan) “Jara” və Almatıda (Qazaxıstan) “FourG” festivalları MDB-də açıq səma altında keçirilən, rusiyalı turistlər arasında populyarlıq qazanmış musiqi festivallarının üçlüyünə daxildir. Reytinq festivala baxmağa gedən tamaşaçıların sayına əsasən tərtib olunub.

 

Yubiley konsertləri

 

Artıq “Jara” Beynəlxalq Musiqi Festivalında 81 ifaçının iştirakı təsdiqlənib. EMİN, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, LOBODA, Aleksey Çumakov, A`Studio, Slava, Qlyuk'oza, Aleksandr Panayotov, Anna Sedokova, Monatik, Qradusı, Maks Barskix, Yeqor Krid, Yuliya Kovalçuk, Burito, Brandon Stone, Pitsa, Alekseyev, Nyusha, Artik & Asti və başqaları musiqisevərlərə ən gözəl anlar bəxş edəcəklər. Builki “Jara”da həmçinin üç konsert - Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin yubiley gecələri də keçiriləcək.

 “Jara” festivalının paytaxt Bakıda təşkil olunması ölkəmizdə bu cür tədbirləri keçirmək üçün geniş imkanların olduğunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, “Jara” Rusiya ilə Azərbaycan arasında mədəni körpü olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirir. “Jara” iki ölkə arasında humanitar sahədə genişlənən münasibətlərin sıxlığının göstəricisi kimi xarakterizə oluna bilər. Necə deyərlər, latın dilindən “pərilərin dili” anlamına gələn musiqi bütün dünyada mədəniyyətləri bir-birinə yaxınlaşdıran mühüm vasitədir.

 

Musiqisevərlər həmin günləri səbirsizliklə gözləyirlər

 

Bakıda keçirilən “Jara” festivalı haqqında musiqisevərlərlə söhbət etdik. Paytaxt sakinləri bu ilki festivalı da səbirsizliklə gözlədiklərini bizimlə bölüşdülər.

Ayşən Vəliyeva söyləyir ki,  ötən ilki “Jara” xoş təəssüratlarla yadında qalıb və bu ilki festivalda da iştirak etmək niyyətindədir: “Müasir zamanda az adam tapılar ki, musiqini sevməsin. Bakıda da bu cür möhtəşəm musiqi festivalının təşkil olunması təqdirəlayiq haldır. Musiqisevərlər bir araya toplaşaraq dincəlir, eyni zamanda, məşhurlarla daha yaxından tanış olmaq imkanı əldə edirlər”.

Bu festivalın artıq musiqi aləmində parlaq mədəni hadisəyə çevrildiyini deyən Samirə Rafaelqızı isə düşünür ki, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. O konsertə dostları ilə birlikdə qatılacağını bildirdi.

Musiqi həvəskarı olduğunu deyən Kənan Həsənov isə festivalda ilk dəfə iştirak edəcəyini deyir: “Təəssüf edirəm ki, 2016-2017-ci illərdəki “Jara”ya qatıla bilmədim. Amma bu il mütləq gedəcəyəm. Yay mövsümünün ən parlaq festivalı olan “Jara”da bir neçə gün ərzində dünyanın məşhur musiqiçiləri bir araya gəlirlər. Məncə, bu, çox böyük bir şansdır”.

Proqramda dünyaca məşhur və hamı tərəfindən sevilən müğənnilərin iştirakı festivalın bu dəfə də bir-birindən maraqlı konsert proqramları ilə yadda qalacağına şübhə yaratmır.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM