Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neymara ağır ittihamlar
Neymara ağır ittihamlar
ANA SƏHİFƏ / İDMAN
01:07 05.07.2018

 

Danimarkanın canlı əfsanəsi Peter Şmeyxel növbəti dəfə Braziliya millisinin üzvü Neymarı tənqid edib. Veteran qapıçı Neymarın həddindən artıq simulyasiya etməsini biabırçılıq adlandırıb: “İlahi, Neymar Meksika ilə oyunun ən yaxşısı seçildi. FİFA buna bir əncam çəkməlidir. Mən “Twitter”də azarkeşlərin fikirlərini oxuyuram. Neymarın bu cür davranışı onların hamısını qıcıqlandırır. Son oyunda özünü elə aparırdı ki, sanki ölür. Baxanlara elə gəlirdi ki, tezliklə Neymarı dəfn edəcəklər və biz bir daha onu görməyəcəyik. Mən bunu ancaq biabırçılıq adlandırardım”.