Alternative content

17:14 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “1/4 final qane etmir”
“1/4 final qane etmir”
ANA SƏHİFƏ / İDMAN
01:07 05.07.2018

 

İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in 1/8 final mərhələsində İsveçrə üzərində qazanılan qələbədən (1:0) danışıb.

55 yaşlı mütəxəssis bildirib ki, komandası daha irəli getməyi planlaşdırır: “Bu gün azarkeşlər inanılmaz idilər. Çox şadam ki, fanatların dəstəyinin qarşılığını verə bildik. Əla komandamız var. Təkcə meydanda deyil, ondan kənarda da vahid kollektivik. Artıq bu qələbəni unudub, növbəti matça hazırlaşmalıyıq.

Rəqiblərin bizi qiymətləndirib-qiymətləndirmədikləri barədə nəsə deyə bilmərəm. Mən bilirəm ki, komandam əladır. Bu yerə gəlib çatmaq üçün çox çalışmışıq. 1/4 finalda məğlubiyyət bizi qane edə bilməz. Hədəflərimiz böyükdür”.