04 Iyul 2018 02:07
372
İDMAN
A- A+

ADDIM-ADDIM FİNALA

 

Kolumbiya - İngiltərə - 1:1 (əlavə vaxt)

Qollar: Yerri Mina, 90+3 - Harri Keyn, 57 (pen.)

Penaltilər seriyası: 3:4

Moskva. “Spartak” stadionu

 

Günün maraqlı qarşılaşması Kolumbiya və İngiltərə yığmaları arasında oldu. Kolumbiya millisi yeganə komandadır ki, bu mundiala məğlubiyyətlə başlasa da, 1/8 finala çıxa bilib. İlk oyunun 3-cü dəqiqəsində azlıqda qalmaları səbəbindən yaponlara uduzan (1:2) kolumbiyalılar sonra Polşa (3:0) və Seneqal (1:0) komandalarını məğlub etməyi bacarıblar. DÇ-2014-də 1/4 finala çıxaraq ən yüksək nailiyyətinə imza atan komandanın bu uğuru təkrarlaması asan olmayacaqdı.

Kolumbiyalılar topu orta xətdə daha çox saxlamaları ilə fərqlənsələr də, rəqibinin heyətində son matça kimi

5 qolla hazırda mundialın bombardiri olan Harri Keyn kimi futbolçu var. Mundialın yaşca ən gənc komandalarından olan ingiltərəlilər ikinci heyətlə belçikalılara məğlubiyyətdən əvvəl ardıcıl 4 oyunda qələbə qazanmaları ilə yadda qalıb.

ABŞ-lı referi Mark Qeyqerin idarə etdiyi görüşə daha fəal başlayan ingilislər Harri Keynin 57-ci dəqiqədə penaltidən vurduğu qolla hesabda irəli çıxdılar. Qoldan sonra tədricən topa daha çox sahib olmağa çalışan kolumbiyalılar pressinq tətbiq edərək İngiltərə komandasının oyun qurmasına çətinlik yaratdılar. Qurulan hücumlar, sağ və sol cinahlardan edilən sürətli ötürmələr görüşün son dəqiqəsində bəhrəsini verdi. Hamı İngiltərə futbolçularının 1/4 finala vəsiqə qazandığını düşündüyü bir vaxtda  Yerri Mina hesabı bərabərləşdirdi - 1:1.

Nəticədə əlavə edilən 30 dəqiqədə də qalib müəyyənləşmədi. Penaltilər seriyasında daha dəqiq olan İngiltərə komandası 4:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəldi.

Beləliklə, iyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının 1/8 final mərhələsinə yekun vuruldu. Mundialın 1/4 final mərhələsinin görüşləri iyulun 6-7-də keçiriləcəkdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video