Alternative content

07:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “20 qol da vura bilərdik”
“20 qol da vura bilərdik”
ANA SƏHİFƏ / İDMAN
02:07 04.07.2018

 

“Nəticə ədalətlidir. Bizim minimum 20 qol vurmaq şansımız oldu. Amma Yaponiyanı təbrik etmək lazımdır. Onlar oyuna çox gözəl hazırlaşdılar və qəflətən bizə 2 qol vurdular. Bundan sonra oyunçularım əsl xarakter nümayiş etdirdilər. Hansısa taktiki qərarlardan və sxemlərdən danışmaq istəmirəm. Oyunçularım öz iradələri hesabına qalib gəldilər”.

Bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in 1/8 finalında Yaponiyaya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Həlledici qolu vurduğumuz vaxt böyük qüvvə ilə əks-hücum etdik. Bu, cəmi 6 saniyəyə oldu və qələbə qolunu vurduq. Məhz dünya çempionatları oyunlarında bu cür qələbə qazanılır” - deyə o bildirib.

R.Martines 1/4 finalda qarşılaşacaqları Braziliya haqda da danışıb: “Braziliyaya qarşı necə oynayacağıq? İlk növbədə rəqiblərdən heç də pis olmadığımızı anlamalıyıq. Bu, ən vacib amildir. Biz favorit deyilik, buna görə heç bir psixoloji təzyiq olmayacaq. Oyunun hər saniyəsindən zövq alacağıq. Braziliyaya qarşı 1/4 finalda oynayacağıq. Bu, əsl yuxudur”.