Alternative content

13:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Argentinada istefalar
Argentinada istefalar
ANA SƏHİFƏ / İDMAN
02:07 04.07.2018

 

DÇ-2018-lə 1/8 finalda vidalaşan Argentina millisində bir sıra ayrılıqlar olub.  Fransaya 3:4 hesablı məğlubiyyətlə evə dönməyə məcbur olan “tanqoçular” gözlənildiyi kimi baş məşqçi ilə vidalaşıb.

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib. 58 yaşlı mütəxəssis bu barədə məlumatlandırılıb.

Ayrılıq tək baş məşqçi ilə yekunlaşmayıb. Belə ki, Fransaya məğlubiyyətdən sonra futbolçular Lukas Biliya və Xavyer Maskerano da Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Xatırladaq ki, Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu.