Alternative content

06:11 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Löv vəzifəsində qalır
Löv vəzifəsində qalır
ANA SƏHİFƏ / İDMAN
02:07 04.07.2018

 

Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv vəzifəsində qalacaq. Bu barədə Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidməti xəbər verir.

Xatırladaq ki, bir həftə öncə Almaniya millisi ilk dəfə dünya çempionatında qrup mərhələsini adlaya bilməyib.

Cari ilin may ayında Rusiyada dünya çempionatı başlamazdan əvvəl 58 yaşlı məşqçi ilə kontrakt 2022-ci ildə Qətərdə keçiriləcək mundialadək uzadılmışdır.