Alternative content

16:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Folklorşünaslar Lahıca toplaşıb
Folklorşünaslar Lahıca toplaşıb
ANA SƏHİFƏ / Mədəniyyət
09:07 03.07.2018

 

“Folklor milli kimlik kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 

Lahıc qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Folklor milli kimlik kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Cümhuriyyət mövzusu bütün ölkəmiz, o cümlədən Lahıc üçün çox önəmlidir. 28 aprel 1920-ci il tarixdə Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra Məmməd Əmin Rəsulzadə iyun-iyul aylarında Lahıcda yaşamaq məcburiyyətində qalır və “Əsrimizin Siyavuşu” əsərini də burada yazır. Lahıcın xarakterik folkloru, şəhərsalma, tikinti və memarlıq baxımından qədim tarixə malik mədəniyyəti mövcuddur. Xalq sənətkarlığı, etnoqrafik toxuculuq burada keçmişdən günümüzədək inkişafda olub. Bütün bunlara görədir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın milli dəyərlərə möhkəm bağlılığının nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Sadalananlardan çıxış etsək görərik ki, təşkilatçılar haqlı olaraq beynəlxalq konfransın keçirilməsi üçün məkan qismində Lahıcı seçiblər.

Lahıc qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin konfrans zalında keçirilən tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, qonaqları salamlayaraq konfransın məhz Lahıcda keçirilməsinin düzgün qərar olduğunu vurğulayıb.

Sonra çıxış üçün söz Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova verilib. O, xalq ədəbiyyatı və kimlik məsələləri mövzusunu şərh edib.

Tədbirin maraqlı keçməsi üçün mövzu rəngarəngliyi nəzərə alınıb. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun şöbə müdiri Kamran Əliyevin, Türkiyənin Azərbaycandakı səfirliyinin  mətbuat katibi Həmid Qaradənizin, Qazaxıstandakı Əl-Fərabi Universitetinin “Turan-İran” elmi araşdırma mərkəzinin direktoru professor İslam Jemenayın müxtəlif mövzularda çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Paralel olaraq Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Saminin, M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru İrina Kaçiniskayanın, Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyevin, Lahıcı təmsil edən filoloq Dadaş Əliyevin çıxışları da orijinallığı ilə seçilib.

Plenar iclasın sonunda Muxtar İmanov “Gücümüz birliyimizdədir” adlı kitabı konfrans iştirakçılarına təqdim edib.

Bilik Fondu ilə səmərəli fəaliyyətinə və fondun bölgədə olan bütün tədbirlərinin yüksək səviyyədə  təşkilinə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Fəxri fərmanla təltif olunub.

Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə işini davam etdirib.

Konfrans iştirakçıları Lahıc qəsəbəsinin tarixi, mədəniyyəti, arxitekturası, xalq sənətkarlığı və Prezident İlham Əliyevin 5 oktyabr  2017-ci il tarixdə Lahıc barədə imzaladığı 3 sərəncamın (Lahıca qaz çəkilişi, 400 yerlik məktəb və Dəmirçi-Lahıc yolunun tikintisi barədə) icrası ilə tanış olublar.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM