Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:55 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada “RAGB-2018 məzun gecəsi” qeyd edilib
Moskvada “RAGB-2018 məzun gecəsi” qeyd edilib
ANA SƏHİFƏ / Təhsil
09:07 03.07.2018

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-2018 məzun gecəsi” adlı əyləncəli konsert proqramı təşkil edilib. Bayram gecəsində Rusiya paytaxtındakı ali məktəblərin məzunları və tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev qonaqlara müraciətlə məzunların ali məktəbi bitirmələri münasibətilə RAGB-nin sədri Leyla Əliyevanın təbrikini çatdırıb və təşkilatın fəaliyyətində yaxından iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

E.Hacıyev deyib: “Bu gün burada Rusiyanın və dünyanın ən yaxşı ali məktəblərinin məzunları toplaşıblar. Onların qarşısında həyat adlı kitabın yeni fəsli açılır. Arzu edirəm ki, bu fəsil uğurlu, səmərəli və gözəl hadisələrlə zəngin olsun. Bu gün Rusiyada yaşayan Azərbaycan gəncləri Leyla Əliyevanın və RAGB-nin dəstəyi sayəsində Rusiya ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə çox fəal iştirak etmək imkanı qazanıblar. Bizim təşkilatın sıralarında Rusiyanın və Rusiya-Azərbaycan dostluq münasibətləri naminə çalışmağa hazır olan yüzlərlə könüllü var”.

E.Hacıyev qeyd edib ki, təşkilatın üzvlə

ri Soçidə keçirilən Qış Olimpiya Oyunlarında, tələbə və gənclərin 19-cu beynəlxalq festivalında könüllülər kimi fəal iştirak ediblər, bizim gənclər bu gün də Rusiya Federasiyasının müxtəlif şəhərlərində futbol üzrə dünya çempionatının keçirilməsinə kömək edirlər.

RAGB idarə heyəti üzvünün sözlərinə görə, bütün bunlar bir daha sübut edir ki, RAGB Rusiya xalqlarının firavanlığına və Rusiya dövlətinin uğurlarına biganə olmayan təşkilat kimi özünü göstərib. O deyib: “Bugünkü tədbir müəyyən mənada yekun tədbiridir və biz 2017-2018-ci tədris ilində müxtəlif nominasiyalarda ən fəal və fərqlənmiş tələbələri və Azərbaycan klublarını təltif etməyi planlaşdırırıq”.

Tədbir çərçivəsində son bir ildə RAGB-nin həyatında fəal iştirak etmiş məzunlar və tələbələr təltif edilib. Moskva şəhər Pedaqoji Universiteti ilin ən fəal Azərbaycan klubu hesab edilib. İlin ən fəal tələbəsi isə Moskva Dövlət Pedaqoji Universitetinin Azərbaycan klubunun sədri Tünzalə Mirzəzadə olub. 10 ildən bəri Moskvada Leyla Əliyevanın təşəbbüsü və İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən “Qanın milləti yoxdur” adlı xeyriyyə aksiyası Azərbaycan klublarının ən uğurlu layihəsi hesab edilib. Rusiya Texnoloji Universitetinin tələbəsi İsrafil Hüseynov ilin ən fəal könüllüsü, Rusiya Dövlət Bədən tərbiyəsi, idman, gənclər və turizm universitetinin tələbəsi Oruc Babazadə ilin ən fəal tələbəsi, RF hökuməti yanında Maliyyə Universitetinin tələbəsi Teymur Qocayev ilin ən erudisiyalı tələbəsi, Dövlət Musiqi-Pedaqoji İnstitutunun tələbəsi Jalə Kərimova ilin ən yaradıcı tələbəsi adına layiq görülüb.

Təltif edilənlər tələbələrin dəstəklənməsinə, təhsilinə xüsusi diqqətə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür ediblər.

Tədbir gənc musiqiçilərin çıxışları ilə müşayiət olunub. Bayram tədbirində “Qolos. Deti” şousunun finalçısı Azər Nəsibov, Jalə Kərimova, Andrey Vitvitski, Dilqəm Verdiyev, gənc repçi Fərdi, Darya Zayets və Zamin AMUR çıxış ediblər.

Musiqi fonunu DJ İKA və Kərimli yaradıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM