Alternative content

03:10 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qapıçıların dueli
Qapıçıların dueli
ANA SƏHİFƏ / İDMAN
08:07 03.07.2018

Xorvatiya - Danimarka - 1:1 (əlavə vaxt)

Qollar: Mancukiç, 4 - Yorgensen, 1

İstifadə edilməyən penalti: Luka Modriç, 115 (qapıçı)

Penalti seriyası: 3:2

Nijni Novqorod. Mərkəzi stadion

 

Futbol üzrə 21-ci dünya çempionatında 1/8 final həyəcanı davam edir. İyulun 1-də maraqlı görüşlərdən biri Xorvatiya və Danimarka komandaları arasında keçirildi. Güclü qrupdan 100 faizli nəticə ilə çıxması Xorvatiyanın hazırkı səviyyəsindən xəbər verir. Debüt etdikləri 1998-ci il mundialında 3-cü yeri tutandan sonra qatıldıqları üç dünya çempionatında qrupda qalan xorvatlar artıq bu uğursuz tilsimi də qırıblar. Zirvəyə gedən yolda növbəti maneə isə Danimarka millisi idi. Maraqlıdır ki, danimarkalılar da dünya çempionatlarında ən yüksək nailiyyətə 1998-ci ildə imza ataraq 1/4 finala çıxıblar.

Dünya və Avropa çempionatlarının final turnirində yalnız bir dəfə - AÇ-1996-nın qrup mərhələsində qarşılaşan bu rəqiblərin ovaxtkı oyununda sevinən tərəf Xorvatiya olub - 3:0. Komandaların ən son görüşündə - 2004-cü ilin iyununda Kopenhagendə keçirilən yoldaşlıq matçında da xorvatlar qalib gəlmişdilər (2:1).

Xorvatlar çətin olsa da, Rusiyada da bu ənənəni davam etdiriblər.

Danimarka millisi isə Rusiya mundialında öz oyunu ilə müsbət mənada fərqlənməsə də, nəticə qazanmağı bacarırdı. Bunda  komandanın qapıçısı Kasper Şmeyxelin əməyi xüsusilə böyükdür. 2016-cı ilin noyabrından bəri uduzmayan (9 qələbə və 9 heç-heçə) və bu il 7 oyunda 3 qələbə və 4 heç-heçəyə imza atan danimarkalılar qarşısında Luka Modriç və oyundaşlarının işi heç də asan olmadı.

Argentinalı referi Nestor Pitananın idarə etdiyi görüşdə hesab birinci dəqiqədə açılıb. Danimarkalı Matias Yorqensen fərqlənib. Üç dəqiqə sonra xorvatiyalı Mario Mancukiç bərabərlik qolunu vurub. Bundan sonra azarkeşlər bol qollu qarşılaşma izləyəcəklərini düşünsələr də, nəticədə qapıçıların möhtəşəm çıxışları buna mane olub.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə də qol olmadığından  qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanılıb. Burada da tərəflər fərqlənə bilməyiblər və qalib penaltilər seriyasından sonra müəyyənləşib. On bir metrlik cərimə zərbələri görüşün ən dramatik və həyəcanverici tərəfi idi. Əslində, oyunu qapıçıların dueli kimi də qiymətləndirmək olardı.  Danimarkalı Kasper Şmeyxellə xorvatiyalı həmkarı Daniyel Subaşiçin qurtarışları görüşə əlavə həyəcan qatdı. Nəticədə zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya millisi 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı.

Beləliklə, iyulun 7-də keçiriləcək 1/4 final mərhələsində Xorvatiya ilə Rusiya Soçidə qarşılaşacaqlar.