Alternative content

22:25 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SÜRPRİZ OLMADI
SÜRPRİZ OLMADI
ANA SƏHİFƏ / İDMAN
08:07 03.07.2018

Braziliya - Meksika - 2:0

Qollar: Neymar, 51, Firmino, 88

Samara, “Kosmos Arena”

 

Dünən dünya çempionatında 1/4 final mərhələsinə yüksələn daha 2 komandanın adı məlum oldu. Günün ilk matçında Braziliya və Meksika yığmaları qarşılaşdı. Sonuncu dəfə Braziliyaya 2012-ci ildə qalib gələn Meksika 6 illik qələbə həsrətinə son qoymaq istəyirdi.

DÇ-2018-in əsas favoritlərindən biri sayılan Braziliya bu il keçirdiyi 7 oyundan 6-da qələbə qazansa da, İsveçrə bu komandaya uduzmamağın mümkünlüyünü sübut edib və qol da vurub - 1:1.

Meksika isə pley-offda Mərkəzi Amerikanın yeganə təmsilçisi idi. İştirak etdiyi son 6 mundialın hamısında 1/8 finalda mübarizəni dayandıran meksikalılara bu tilsimi qırmaq bu dəfə də nəsib olmadı. Qrup mərhələsində cəmi 3 qol vurması isə meksikalıların hücum potensialının zəifliyindən xəbər verirdi. Bu səbəbdən komandanın əsas ümidi qapıçı Gilyermo Oçoa idi. Braziliya ilə qarşılaşmada bir neçə dəfə komandasını qoldan xilas etsə də, yekunda məğlubiyyəti qaçılmaz oldu.

İtaliyalı referi Canluka Rokkinin start fitindən sonra topa daha çox sahib olan braziliyalılar meydançanın mərkəzində tətbiq edilən pressinq sayəsində Meksikanın hücum qurmasına imkan vermədilər. Bütün cəhdlərə baxmayaraq, ilk hissədə qol olmadı.

Fasilədən sonra Braziliya arzusuna çatdı. 51-ci dəqiqədə Villianın ötürməsindən sonra Neymar topu qapıdan keçirib. Pentakampeonlar oyunun sonuna yaxın hesab arasındakı fərqi iki topa çatdırıblar. Neymarın ötürməsindən sonra Firmino görüşdə yekun hesabı müəyyənləşdirib- 2:0.