Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Günahkar futbolçulardı”
“Günahkar futbolçulardı”
ANA SƏHİFƏ / İDMAN
08:07 03.07.2018

“Məqsədimiz başqa idi, bu cür məğlubiyyəti qəbul etmək çətindir. Çox gərgin vəziyyətdir, qlobal analiz aparmaq lazımdır. İrəliyə doğru addım ata bilmədiyimizə görə çox pis olmuşuq. Amma futbolda belə şeylər olur”.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri İspaniya millisinin üzvü Andres İnyesta deyib. DÇ-2018-in 1/8 final mərhələsində Rusiyaya penaltilər seriyasında uduzduqları oyunla bağlı fikirlərini açıqlayan 34 yaşlı yarımmüdafiəçi nəticəyə görə günahın baş məşqçidə olmadığını söyləyib: “Bizim millinin gələcəyi irəlidədir. Futbolçuların səviyyəsi bunu deməyə əsas verir. Məğlubiyyətə görə baş məşqçi günahkar deyil. Günahkar hər zaman futbolçular olur. Çünki meydanda Fernando Yerro deyil, biz mübarizə aparırdıq”.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Rusiyaya məğlub olan İspaniya mundialla vidalaşıb.