Alternative content

13:58 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çerçesov qələbəni şərh etdi
Çerçesov qələbəni şərh etdi
ANA SƏHİFƏ / İDMAN
08:07 03.07.2018

 

“Təəssüratlarımız müsbətdir. Ancaq hələ işimizi yekunlaşdırmamışıq. Növbəti oyuna qədər zədəli futbolçularımızı sıraya qaytarmağa çalışacağıq”. Bu sözləri Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov DÇ-2018-in 1/8 final mərhələsinin İspaniya ilə oyunundan sonra deyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq olan ev sahibləri adını 1/4 finala yazdırıb.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis bunları söyləyib: “Bundan əvvəl İspaniya ilə oynamışdıq. İnsan onu nəyin gözlədiyini biləndə özünü daxilən hər şeyə hazırlayır. Vəzifəmiz komandanı 90 deyil, 120 dəqiqəyə hazırlamaq idi. İspaniya tək bizdən yox, hamıdan topu alır. Ona görə də düzgün taktika seçmək lazım idi. Məşqlərdə bunun üstündə işləmişdik. Ancaq son dəqiqələrdə gücümüz tükənmişdi. Nə etdiyimizi bilirdik. Onların bizdən güclü olduğunu dəqiq bilirik. Amma bu, heç bir önəm kəsb etmir. Oyun göstərməlisən. Penalti zərbələri üzərində işləməmişdik. Nədənsə təkcə Dzyuba çalışmışdı”.