Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:52 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Möhtəşəm geri dönüş
Möhtəşəm geri dönüş
ANA SƏHİFƏ / İDMAN
08:07 03.07.2018

Belçika - Yaponiya - 3:2

Qollar: Yan Vertongen, 70, Maruan Fellaini, 74, Naser Şadli, 90+4 Genki Haraquçi, 48, Takaşı İnui, 52

Rostov, “Rostov Arena”

Dünən ən maraqlı qarşılaşmalardan biri də Belçika-Yaponiya matçı oldu. Həyəcan, adrenalin, əzmkarlıq və möhtəşəm geri dönüş... Bir sözlə, Rostovda mükəmməl bir futbol gecəsi yaşandı.  Yaponiya bu mundialda yeganə komandadır ki, əsasən, ilk oyundakı qələbəsi sayəsində yoluna davam edir. Özü də onlar oyunun 3-cü dəqiqəsindən azlıqda qalan Kolumbiyanı məğlub etməklə buna nail olmuşdular.

Qrupda Seneqalı sarı vərəqələrinin azlığına görə qabaqlayan “Qalatasaray”lı Takaşi İnui və oyundaşları futbolda intizamlı oyunun da vacibliyini sübut ediblər.

Artıq 1/8 finala çıxmaqla əsas vəzifəsinin öhdəsindən gələn Yaponiya millisi həm də bu mərhələdə Asiyanın yeganə təmsilçisi idi.  1/4 finala adlamaqla yaponlar tarixlərində ən yüksək nailiyyətə imza ata bilərdilər. Buna da çox yaxın idilər. Amma... Belçika yaponların sensasiyaya imza atmalarına imkan vermədi.

Seneqallı baş hakim Malanq Dyedyunun start fitindən sonra oyuna yaponlar daha fəal başladılar. Hər iki komandanın fərqlənmək üçün şansları olsa da, bundan istifadə edə bilmədilər.

Fasilədən sonra azarkeşlər 5 qolun şahidi oldular. Yaponlar arda-arda vurduqları 2 qolla hesabda irəli çıxdılar. Lakin oyunda əsas dönüşü Belçika millisinin baş məşqçisi Roberto Martinesin etdiyi 2 dəyişiklik gətirdi. Belə ki, Naser Şadli ilə Maruan Fellaininin meydançaya daxil olması Belçikaya qələbə qazandırdı. Yan Vertongen və  Maruan Fellaini qolları sayəsində hesabda tarazlıq bərpa edildi. Hamı görüşün əsas vaxtının heç-heçə başa çatacağını gözlədiyi bir anda qurulan əks hücumda  Naser Şadli Belçikanı hesabda irəli çıxartdı: 3:2. Bu, oyunda sonuncu qol oldu.

Beləliklə, Belçika iyulun 6-da 1/4 finalda Braziliya yığması ilə qarşılaşacaq.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM