Alternative content

09:43 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb
Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb
ANA SƏHİFƏ / Elm və texnika
12:07 02.07.2018

Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ali məktəbə tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyənləşdirilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin edilmələri üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, islamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərdə tutulub.

Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan islamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin test imtahanı ilə yanaşı, dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədilə yaradılmış psixoloji komissiyada müsahibədən keçəcəkləri bildirilib. DİM-in yaratdığı dini-psixoloji komissiyanın tərkibinə ekspertlər, psixoloqlar və institutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyətləri və yaradıcı təfəkkür imkanlarının xüsusi psixoloji metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı, habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, eləcə də tolerantlıq və multikulturalizm barədə bilikləri qiymətləndiriləcəkdir.

Müsahibədə iştirak etmək istəyən abituriyentlər DİM-in saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat iyulun 29-dan 31-dək, boş qalan yerlərə qeydiyyat isə avqustun 15-də və 16-da aparılacaq. İlk imtahan avqustun 1-dən 6-dək, boş qalan yerlərə imtahan isə avqustun 17-dən 20-dək saat 09.00-dan başlanacaq və Bakı şəhəri Əhməd Cəmil küçəsi, 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binasında keçiriləcək. Peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu Azərbaycan İlahiyyat İnstitutunda tədris prosesi ilahiyyat təhsilinin müasir standartları səviyyəsində təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu iyulun 2-dən 6-dək abituriyentlər və valideynlər üçün “açıq qapı” günləri elan edib. İnstituta qəbulla bağlı qaynar xətt yaradılıb: (+99412) 510-65-45 (daxili:123)

Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM