Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
01:07 01.07.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006,  № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987) 2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddədə “Teleradio” sözü “Bu qanunun 2.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla teleradio” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.2-1-ci maddə əlavə edilsin:

“2.2-1. Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.”.

3. 2.5-ci maddəyə “Fövqəladə” sözündən sonra “və hərbi” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2018-ci il