Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

21:14 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV KRALIN ÇÖKÜŞÜ
KRALIN ÇÖKÜŞÜ
ANA SƏHİFƏ / İDMAN
01:07 01.07.2018

 

Fransa - Argentina - 4:3

Qollar: Antuan Qrizman, 13 (pen.), Anxel Di Mariya, 41, Qabriel Merkado, 48, Benjamin Pavard, 57, Kilian Mbappe, 64, 68, Serxio Aquero, 90+3. 

Kazan, “Kazan Arena”

 

Dünən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib. Günün ilk matçında Fransa və Argentina yığmaları üz-üzə gəliblər.

Argentina çempionatın favoritləri sırasında adıçəkilən, lakin mundial başladıqdan sonra nümayiş etdirdiyi futbolla sona kimi getməyəcəyi məlum olan komandalardan biri idi. Qrup mərhələsindən çətinliklə 1/8 finala vəsiqə qazanan Cənubi Amerika təmsilçisinə Fransa “evə təyyarə biletlərini sifariş edə bilərsən” dedi. Özü də mükəmməl futbol oynayaraq, Messini çarəsiz qoyaraq... Və yekunda sübut olundu ki, Argentina kimi tarixi bir komanda Messinin oyuncağı olmamalı, onun sifarişi əsasında heyət qurulmamalıdır.

İranlı referi Əlirza Fəganinin start fitindən sonra görüşə fransızlar daha yaxşı başladılar. Aşkar cinah hücumlarına üstünlük vermələri və hava mübarizələrinin çoxunda qalib gəlmələri ilə bu görüşdə də diqqət çəkdilər. Hazırkı mundialın ən yaşlı komandası Argentina isə topa daha çox nəzarət etməyə çalışsa da, heyətində Lionel Messi kimi futbolçu yer alsa da, tətbiq edilən pressinq oyun qurmalarına maneçilik törədir və xətlər arasında əlaqənin itməsinə səbəb olurdu.

İtirilən hər top isə fransızların əks-hücumları ilə nəticələnirdi. Belə hücumlardan birində driblinq edərək argentinalıların cərimə meydançasına daxil olan Kilian Mbappenin qarşısı kobudluqla alınıb. Argentina yığmasının qapısına təyin olunan penalti zərbəsini Antuan Qrizman dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Hücum qurmaqda çətinlik çəkən Argentina Anxel Di Marianın uzaq məsafədən vurduğu qolla hesabda tarazlığı bərpa edib.

Fasilədən sonra Lionel Messinin qapıya vurduğu top argentinalı Qabriel Merkadoya toxunaraq istiqamətini dəyişib və qapıya daxil olub - 1:2. Bundan sonra hücumlarının sayını artıran Fransa 57-ci dəqiqədə Benjamin Pavardın qolu ilə  hesabı bərabərləşdirib, 64-cü və 68-ci dəqiqələrdə dubl edən Kilian Mbappenin qolları sayəsində isə hesab arasındakı fərqi iki topa çatdırıb - 4:2.

Qarşılaşmanın əsas vaxtına artırılan 3-cü dəqiqədə Aquero bu qollardan birinin əvəzini çıxıb - 4:3.

Beləliklə, 4:3 hesabı ilə qalib gələn Fransa 1/4 finala yüksələn ilk komanda oldu və bu mərhələdə Uruqvay millisi ilə qarşılaşacaq.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM