Alternative content

16:52 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV KAVANİ ŞOU
KAVANİ ŞOU
ANA SƏHİFƏ / İDMAN
01:07 01.07.2018

 

Uruqvay - Portuqaliya - 2:1

Qollar: Edinson Kavani, 7, 62 - Pepe, 55

Soçi, “Fişt Stadionu”

 

İyunun 30-da 1/8 final mərhələsinin 2-ci oyunu keçirilib. Uruqvay-Portuqaliya matçında azarkeşlər meydanın hər bir nöqtəsində gərgin mübarizənin şahidi oldular.

Uruqvay 1/8 finala 100 faizli nəticə ilə çıxsa da, rəqiblərinin digər qruplara nisbətən daha zəif olduğunu vurğulamaq lazımdır. Bununla belə, yoldaşlıq görüşlərini də nəzərə almaqla, uruqvaylıların bu il keçirdikləri 6 oyunun hamısında qələbə qazanmaları və bu qarşılaşmalarda qapılarından top buraxmamaları diqqət çəkirdi (11-0).

Uzun ötürmələrə üstünlük verən Portuqaliya millisi isə cərimə meydançasının kənarından hər imkanda rəqib qapısına zərbə vurmağa çalışırdı. Meksikalı baş hakim Sezar Arturo Ramosun idarə etdiyi görüşə də portuqaliyalılar eyni taktika ilə başladılar. Lakin görüş ərzində demək olar ki, həmin oyun üslubunu nümayiş etdirə bilmədilər. Çünki Uruqvay millisi kompakt futbol oynayaraq və güclü pressinq tətbiq edərək Ronaldunun topa sahib olmasına imkan vermədi. Nəticədə Portuqaliya seçməsi ilk hissəni təhlükəli epizod yaratmadan başa vurdu.

Uruqvay millisi isə tətbiq edilən təzyiq nəticəsində bir neçə dəfə qol vurmaq imkanına malik oldu və ilk hissədə bunlardan birindən yararlana bildi. Belə ki, Kavani meydançanın mərkəzində güclü pressinq nəticəsində topu alaraq Suarezə ötürdü. Daha sonra cərimə meydançasına şığıyaraq onun göndərdiyi topu başla qapıdan keçirdi. Əsl futbol məktəblərində dərsliklərə salınacaq bir qolun şahidi olduq.

Fasilədən sonra hücumda çoxalmağa çalışan Portuqaliya Pepenin vurduğu qol sayəsində hesabda tarazlığı bərpa etdi. Lakin müdafiədəki kobud səhv növbəti dəfə Portuqaliyaya baha başa gəldi və nəticədə Kavani özünün və komandasının 2-ci qolunu vurdu. Bu, oyunda son qol oldu və Uruqvay adını 1/4 finala yazdırdı.

Beləliklə, iyulun 6-da keçiriləcək 1/4 final matçında Uruqvay Fransa yığması ilə qarşılaşacaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”