Alternative content

19:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MARADONANIN günlük qazancı kəsildi
MARADONANIN günlük qazancı kəsildi
ANA SƏHİFƏ / İDMAN
01:07 01.07.2018

 

FİFA DÇ-2018-in oyunlarını Rusiyada canlı izləyən əfsanəvi futbolçu Diyeqo Maradonaya xeyli miqdarda pul ödəyirdi.

“Daily Mail” nəşrinin verdiyi xəbərə görə, veteran hücumçu FİFA prezidenti Canni İnfantino tərəfindən yaradılmış “əfsanələr qrupu”nun ən bahalı üzvlərindən biridir. FİFA dünya çempionatı zamanı Rusiyada qaldığı hər gün üçün Maradonaya 11 min avro ödəniş edirdi.

Bundan başqa, Maradonanın mənzil, nəqliyyat və digər xərcləri də FİFA tərəfindən qarşılanırdı. Lakin Beynəlxalq Futbol Federasiyası yarış zamanı davranışına görə ona qarşı sanksiyalar tətbiq etmək qərarına gəlmişdi. “Diario Correo” qəzetinin xəbərinə görə FİFA Argentina-Nigeriya (2:1) oyunu zamanı etdiyi ədəbsiz hərəkətlərə görə Maradonanı maliyyə dəstəyindən məhrum etmişdir.