01 Iyul 2018 01:07
336
İDMAN
A- A+

İsveç hökuməti boykotu dayandırdı

 

İsveçli nazirlər  dünya çempionatının 1/8 finalında İsveçrəyə qarşı keçiriləcək oyuna stadiondan tamaşa etməyi planlaşdırırlar. Qarşılaşma iyulun 3-də Sankt-Peterburqdakı eyniadlı arenada baş tutacaq. Bu barədə “Aftonbladet” qəzeti xəbər verir.

İsveçin xarici işlər naziri Marqot Valstryomun dediyinə görə, boykot çempionatın ancaq açılış mərasiminə şamil olunurdu. Buna baxmayaraq, hökumət indiyədək yarışı boykot etmişdir. “Biz Skripal işi ilə əlaqədar Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək dünya çempionatının açılış mərasiminə yollanmadıq. Biz bunu digər ölkələrlə birlikdə etdik. İndiki vəziyyətdə isə komandamızın dəstəklənməsinin vacib olduğunu hesab edirəm. Bu qərarı məsləhətləşmələrdən sonra qəbul etdik. Məsələni Danimarka nümayəndələri ilə də müzakirə etmişdik” - deyə Valstryom bildirmişdir.

Bundan əvvəl İsveçin idman naziri Annika Strandhell vurğulamışdır ki,  Rusiyaya səfər etmək fikrində deyil: “Rusiyadakı siyasi vəziyyətdən, xüsusilə demokratiya və insan hüquqlarına riayət olunması nöqteyi-nəzərindən çox narahatam. Bizim hökumət dünya çempionatının açılış mərasiminə getməməyi xahiş etmişdir. Mən Rusiyada hansısa bir yerə getməyi planlaşdırmıram”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video