Alternative content

21:39 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SON azad olunacaqmı?
SON azad olunacaqmı?
ANA SƏHİFƏ / İDMAN
01:07 01.07.2018

 

DÇ-2018-in 2-ci turunda Meksikaya uduzan (1:2) Cənubi Koreya millisinin kapitanı Son Honq Minin ağlayarkən çəkilən şəkli xarici mətbuatın gündəmindədir.

Cənubi Koreyanın uduzaraq pley-offa vəsiqə şansını itirməsi “Tottenhem”li futbolçunu ikiqat məyus edib. Məsələ burasındadır ki, hərbi xidmətə çağırılan 26 yaşlı yarımmüdafiəçinin mundiala görə möhlət hüququ var idi. Ancaq bunun üçün onun komandası ən azı 1/8 finala yüksəlməli idi.  Artıq Cənubi Koreya turnirlə vidalaşdığından futbolçu 21 aylıq hərbi xidmətə yollanmalıdır.

Ancaq Honq Minin bir şansı da var. Koreya hökuməti DÇ-2018-də Almaniyanı məğlub etdikləri matçın son dəqiqəsində qol vuran futbolçuya Asiya oyunlarına qatılmaq şansı verə bilər.

Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina etmək hüququ qazanır.

Qeyd edək ki, Cənubi Koreyada hərbi xidmətə 28 yaşına çatmamış şəxslər yollanır.