Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:12 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polis əməkdaşları yenə də birinci oldu
Polis əməkdaşları yenə də birinci oldu
ANA SƏHİFƏ / İDMAN
01:06 30.06.2018

 

Cümhuriyyətin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan üzgüçülük estafeti keçirilib

 

Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 29-da Böyük Zirə adası - Dənizkənarı Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümmətov, Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, Dövlət Dəniz Agentliyinin sədri Qüdrət Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftahətdinova, Elnur Məmmədli və güc strukturlarının idman cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Üzgüçülük estafetində Müdafiə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərini, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərini, Dövlət Gömrük Komitəsini və Bakı Su İdmanı Sarayını təmsil edən komandaların heyətində ümumilikdə 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb. Yarış iştirakçıları Böyük Zirə adasından Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin olduğu istiqamətədək 10 kilometrədək məsafəni 3 saatadək qət ediblər. Gərgin idman mübarizəsinin nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin komandası yarışın qalibi olub. Bakı Su İdmanı Sarayının təmsilçiləri ikinci, Dövlət Sərhəd Xidmətinin təmsilçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Qalib komandaların üzvləri diplom, medal və kuboklarla təltif edilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM