Alternative content

13:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “VAR” ədaləti bərpa etdimi?
“VAR” ədaləti bərpa etdimi?
ANA SƏHİFƏ / İDMAN
01:06 30.06.2018

 

Rusiyada futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vuruldu. Artıq bu gündən etibarən 1/8 final mərhələsinin oyunlarına start verilir. Başa çatan qrup mərhələsi bir sıra rekordlarla əlamətdar olub. Geridə qalan 48 oyun  futbol tarixinə bir neçə kateqoriyada düşüb. Rusiyadakı çempionatda artıq 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. “VAR” sisteminin də rolu olan bu göstərici 1990-cı, 1998-ci və 2002-ci illərdəki rekordu çoxdan kölgədə qoyub. Həmin mundiallarda 18 penalti təyin edilmişdi. Bugünə kimi  bir dünya çempionatında ən çoxu 7 dəfə futbolçular öz qapısına qol vurmuşdular. Bu göstərici 1998-ci ildə qeydə alınmışdı. Artıq həmin rekord 9 avtoqolla arxada qalıb.

 

Daha çox müzakirəyə səbəb olan qərarlar

 

Dünya çempionatları tarixində ilk dəfə Rusiyadakı mundialda tətbiq edilən “VAR” (Video Assistant Referee) sistemi bir neçə dəfə ədaləti bərpa etsə də, bəzi qərarlar çox müzakirələrə səbəb oldu. Qrup mərhələsi başa çatdıqdan sonra qərara gəldik ki, oyunlar zamanı “VAR”la bağlı daha çox yaddaqalan və şübhə doğuran mübahisəli  6 epizodu seçib diqqətinizə çatdıraq. “VAR” ədaləti bərpa etdimi?

 

Ronaldunun dirsəklə zərbəsi

 

Kriştiano Ronaldu istedadı, peşəkarlığı və yüksək iş prinsipiallığı ilə dünyanın ən güclü futbolçularından biridir. Lakin buna baxmayaraq, Portuqaliyadan daha zəif bir komanda olan İranla qarşılaşmada etdikləri unudulmayacaq. Ronaldu epizodlardan birində dirsəyi ilə iranlı Mortezanı vurur. Futbolçu bu zaman yerə yıxılır. Görüşün baş hakimi “VAR” sisteminə müraciət etdi, nəticədə portuqaliyalıya sarı vərəqə göstərildi. Lakin qarşılaşmadan sonra dünya futbol ictimaiyyəti bu hərəkətin cəzasının birbaşa qırmızı vərəqə olduğu fikri ilə razılaşdı.

 

Eyni epizodlar, fərqli qərarlar

 

 İranla Portuqaliya komandaları arasında oynanılan matçda ikinci şübhəli “VAR” qərarı verilmişdi. Serdar Azmunun yaxın məsafədən  başla vurduğu top Sedrikin əlinə dəydi. “VAR” sisteminə müraciət edildiyində hamı bu epizodun penalti olmayacağını düşünürdü. Lakin, qərar tam əksinə oldu. Oxşar epizod Argentina-Nigeriya matçında da var idi, amma “VAR”a müraciət edən baş hakim Cüneyt Çakır, hamının qəbul etdiyi qərarı vermişdi.  

 

Futbol, yoxsa güləş ?

 

 Tunis millisi ilə qarşılaşmada İngiltərənin hücumçusu Hari Keyn rəqib futbolçu tərəfindən saxlanaraq yerə atılmışdı. Bütün dünya “VAR” sisteminə görə bunun penalti olacağı qənaətində idi. Bu epizod futboldan çox güləş yarışını xatırladırdı. Lakin sürpriz bir qərarla “VAR” burada xəbərdarlıq etməyi düzgün qiymətləndirmədi və epizodun penalti olmadığına qərar verdi.

 

İsveçliləri qəzəbləndirən qərar

 

 Almaniya ilə İsveç komandaları arasında oyunda hesab hələ açılmamışdı. İsveçli Markus Berq Noyer ilə təkbətək çıxmışdı. Topa zərbə endirmək istəyərkən müdafiəçi Boatenq buna mane oldu. Həqiqətən, almaniyalı müdafiəçi Berqin ayağına zərbə endirmişdi. Qarşılaşmanı izləyən milyonlarla azarkeş bunun penalti olacağında həmfikir idi. Ancaq 11 metrlik cərimə zərbəsi təyin edildimi ? Yox!

 

Neymarın simulyasiyası ?

 

 Braziliya-Kosta-Rika matçıdır. Braziliyanın super ulduzu Neymar rəqibin cərimə meydançasında Qonzales ilə mübarizədə özünü yerə atdı. Hakim penalti nöqtəsini göstərdi. Kosta-rikalı futbolçular bu qərara  etiraz etdikdən sonra “VAR”dan səs çıxdı. Hakim epizodu izlədi, penalti olmadığına qərar verdi. Braziliyalı futbolçular və azarkeşlər bu qərarla razılaşmadı, az da olsa bir toxunma olduğunu və buna görə Neymarın yıxıldığını diqqətə çatdırdılar.

 

Seneqalın penaltisi

 

Seneqal-Kolumbiya matçının 16-cı dəqiqəsində birincilərin lehinə verilən penalti qərarı “VAR”dan izlənildi və ləğv edildi. Əvvəlcə 11 metrlik nöqtəni göstərən baş hakim Milorad Masiç daha sonra “VAR”dan epizodun təkrarını izləyib qərarı ləğv etdi.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”